Sayyid 'Aliy Geschrieben 16. März 2009 Melden Teilen Geschrieben 16. März 2009 Azərbaycan Könlüm quşu qanad çalmaz, sənsiz bir an, Azərbaycan ! Xoş günlərin getməz müdam xəyalımdan Azərbaycan ! Səndən uzaq düşsəm də mən eşqin ilə yaşayıram, Yaralanmış qelbim kimi, qelbi viran Azərbaycan. Bütün dünya bilir sənin qüdrətinlə, dövlətinlə, Abad olub, azat olub, mülkü-İran, Azerbaycan ! Bisütuni-İnqilabda Şirin-Vətən için Fərhad, Külüng vurmuş öz başına zaman-zaman Azərbaycan ! Vətən eşqi məktəbində can verməyi öyrənmişik, Üstadımız demiş heçdir vətənsiz can, Azərbaycan ! Qurtarmakçün zalımların əlindən Rəy şümşadını, Öz şümşadın başdan-başa olup al qan, Azərbaycan ! Yarəb, nədir bir bu qədər ürəkləri qan etməyin ? Qolu bağlı qalacaqdır nə vaxtacan Azərbaycan ?! İgidlərin İran üçün şəhid olmuş, əvəzində, Dərd almısan, qəm almısan sən İrandan, Azərbaycan ! Övladların nə vaxtadək tərki-vətən olacaqdır ? Əl-ələ ver, üsyan elə, oyan oyan Azərbaycan ! Yetər fəraq odlarından od ələndi başımıza, Dur ayağa ! Ya azad ol, ya tamam yan, Azərbaycan ! Şəhriyarın ürəyi də səninki tək yaralıdır, Azadlıqdır sənə məlhəm, mənə dərman, Azərbaycan ! Azərbaycan Ey Iran Qəsrini əliylə tikən, Iran'dan həmisə bəlalar çəkən, Bulaq gözlərinə dumanlar çökən, Pərisan məmləkət, dərtli məmləkət. Üstünə atəslər yagan topragim, Məhəbbət ocagim, ülfət ocagim, Ay mənim hamiya bar verən bagim, Ah çəkmə, bulutlar yanar ahindən. Tarix az görməyib qudurqanlari, Qanlini qan tutar, qandir onlari, Ey mənim xalqimin qartal vuqari, Enmə, öz zirvənin ucaligindan. Nə qədər ki yasar cahanda günəs, Nə qədər ki sudan çəkinər atəs, Sərq adli üzüyün gövhər qasi tək, Parlasin, Parlasin qoy, AZƏRBAYCAN. Zitieren Link zu diesem Kommentar Auf anderen Seiten teilen More sharing options...
Babek Khurrami Geschrieben 17. März 2009 Melden Teilen Geschrieben 17. März 2009 Salam, danke Bruder! Sehr schöne Gedichte wallah! Yaralanmış qelbim kimi, qelbi viran Azərbaycan. Axı Türk mezlum ola her bir yerde?!.. Kheir inschallah. Maa salam! Zitieren Link zu diesem Kommentar Auf anderen Seiten teilen More sharing options...
Empfohlene Beiträge
Deine Meinung
Du kannst jetzt schreiben und Dich später registrieren. Wenn Du ein Benutzerkonto hast, melde Dich bitte an, um mit Deinem Konto zu schreiben.
Hinweis: Dein Beitrag muss vom Moderator freigeschaltet werden, bevor er sichtbar wird.